Fəlakət siqnalı verildi: Buz dövrü geri qayıdır 

Fəlakət siqnalı verildi: Buz dövrü geri qayıdır 

Hazırda oxunan: Fəlakət siqnalı verildi: Buz dövrü geri qayıdır 

31660

Kanadalı mütəxsəssislər tərəfindən 100 milyonlarla insan üçün “ciddi iqlim təhlükəsi” xəbərdarlığı edilib. 

Bizim.Media “Nature” dərgisinə istinadən xəbər verir ki, Golf Strim cərəyanı son 1600 ildə ən aşağı səviyyəsinə enib. 

Adı çəkilən cərəyanın sönməsinin isə, ümumilikdə Şimal Yarımkürəsində havanın tempraturunun buz dövründəki dərəcələrə qədər enməsinə gətirib çıxaracağı qeyd olunub. 

Golf Strimin getdikcə zəifləməsi alimlər tərəfindən uzun müddətdir ki narahatlıqla bildirilirdi.

Lakin cərəyanın birdən-birə bu qədər zəifləməsi mütəxəssislərin də təəcccübünə səbəb olub. Onların fikrincə, “Gulf Stream” bu sürətlə azalmağa davam edərsə, onun tamamilə sönməsi üçün bir neçə yüz il gözləməyə ehtiyac qalmayacaq. 

Qeyd edək ki, Atlantik okeanından keçən sözügedən cərəyan Şimal Yarımkürəsinin iqlim qoruyucusu hesab olunur. Son dönəmlər Kanada, Aralıq dənizi ölkələri və Avropada müşahidə olunan anomal hava şəraitinin meydana gəlməsinin əsas səbəbi də, məhz “Gulf Stream”-ın zəifləməsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO