Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukrayna Prezidenti Zelenskinin çalışmayan fəvvarə açıqlamasına köhnə Odessa lətifəsi ilə reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Hamıdan əvvəl...” Telegram kanalı yayıb.
"Bilirsiniz, bir ziyarətçi Soborkaya gələndə çalışmayan bir fəvvarə haqqında soruşanda köhnə Odessa lətifəsi yada düşür: “Burda fəvvarə olub?”. Odessalı ona cavab verib:
“Olub, yenə də olacaq. Krımla bağlı məsələ də belədir. Ukrayna liderləri gəlir və gedir. Krım həmişə Rusiyanın olub və olacaq" deyə nazir əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda “Dom” kanalına verdiyi müsahibədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Krımın yeni hakimiyyəti və sakinləri heç vaxt yarımadanı sevməyəcək:
“Bu baxımdan ukraynalılar və Krım da Rusiyanın olmayacaq”.
Zelenski vurğulayıb ki, yarımadanın geri qaytarılması yalnız zaman məsələsidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:09 / 06.08.2021
"Krım bizim olub, bizim də olacaq” - Şoyqudan Odessa lətifəsi ilə Zelenskiyə CAVAB
Hazırda oxunan: "Krım bizim olub, bizim də olacaq” - Şoyqudan Odessa lətifəsi ilə Zelenskiyə CAVAB
Hazırda oxunan: "Krım bizim olub, bizim də olacaq” - Şoyqudan Odessa lətifəsi ilə Zelenskiyə CAVAB
31434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.