Muğlada Kəmərköy İstilik Elektrik Stansiyasının fəaliyyəti dayandı

Hazırda oxunan: Muğlada Kəmərköy İstilik Elektrik Stansiyasının fəaliyyəti dayandı

31240

Şiddətli yanğınlar Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasına yaxınlaşması yerli əhalidə böyük çaşqınlıq yaradıb.

Bizim.Media xəbər verir ki, sahil limanına toplaşan insanların təxliyəsini başlanılıb. Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri əhalinin təxliyəsini təmin edib.

Qeyd edək ki, şiddətli yanğınla Kəmərköy Milas İstilik Elektrik Stansiyasına yaxınlaşıb. İES-də partlayış yarada biləcək və digər təhlükə risklərinin qarşısını almaq üçün onun ətrafında xəndəklər qazılıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb ki, təhlükəsizlik tədbirləri məqsədilə stansiyanın fəaliyyəti dayandırılıb və işçi heyət təxliyə olunub.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə hərəkət edəcək 3-cü yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Bundan əvvəl gələn qüvvələr Muğla vilayətində fəaliyyət göstərir.

Avqustun 4-də Azərbaycan yanğın-xilasetmə birlikləri əvvəlki günlərdə olduğu kimi böyük fədakarlıq göstəriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO