Amerikalı müğənni milyarderlər SİYAHISINDA

Hazırda oxunan: Amerikalı müğənni milyarderlər SİYAHISINDA

31237

Amerikalı müğənni Robin Rihanna Fentinin sərvəti 1,7 milyard dollara çatıb və bu göstərici onu rəsmi olaraq milyarder edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, müğənni yaradıcısı olduğu “Fenty Beauty” brendi sayəsində təxminən 1,4 milyard dollar qazanıb. Rihanna şirkətin səhmlərinin 50 %-nə sahibdir.

Müğənni “Savage x Fenty” alt paltarı markasının satışından, təxminən 270 milyon dollar əldə edir. Rihannanın qazancının qalan hissəsi isə aktyorluq və musiqi karyerasından qaynaqlanır.

Qeyd edək ki, iyun ayında “Forbes” Rihannanın sərvətinin 600 milyon dollar olaraq qiymətləndirildiyi zaman dünyanın ən zəngin qadın musiqiçisi olduğunu yazmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO