Moderator.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyənin Muğla vilayətinin Bodrum bölgəsində iftarını açmaq üçün sıra gözləyən bir nəfər bıçaqlanaraq öldürülüb.
Verilən məlumata görə, 5 ulduzlu bir oteldə iftar yeməyi üçün növbə gözləyən Murat Çakır və Universitet tələbəsi arasında növbə davası olub. Aralarında başlayan sözlü mübahisədən sonra tələbə mətbəxdən götürdüyü çörək bıçağı ilə Murat Çakırın qarın və döş qəfəsinə zərbələr vurub.Murat Çakır xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Qafar Ağayev

































































































