ABŞ-da helikopter qəzası: Ölənlər var

Hazırda oxunan: ABŞ-da helikopter qəzası: Ölənlər var

30806

ABŞ-ın Kaliforniya ştatının şimalında baş vermiş helikopter qəzası nəticəsində 4 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Mənbə yazır ki, “Robinson R66” tipli özəl helikopter yerli vaxtla saat 13:15-də (Bakı vaxtı ilə 00:15) Sakramento şəhərinin şimalında qəzaya uğrayıb.

Helikopterdə dörd nəfər olub, onların hamısı qəzanın qurbanına çevrilib.

Hadisənin səbəbləri və ölənlər haqqında hələ ki ətraflı məlumat verilməyib. Qəzanın təfərrüatlarının araşdırılması Federal Aviasiya İdarəsi və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO