
- A-
- A
- A+
Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq istəyirlər
Məlumdur ki, Usoyanın sağlığında onun klanında əsas söz sahiblərindən biri də azərbaycanlı “qanuni oğrular” idi. Rusiya mətbuatı yazır ki, “Ded”in qətlindən sonra azərbaycanlı avtoritetlər (“Sumqayıtlı Arif”, “Gürcüstanlı Vaqif”, “Qoca”, “Yasamallı Yunus”, Baxış Əliyev (“Vaxa”) və başqalarının bu klana daxil olduğu bildirilirdi) bu klandan uzaqlaşıblar. Onların sırasında isə Əlibala Həmidovun (“Yasamallı Qoca”)adı çəkilir. Rusiyanın primecreime.ru saytı yazır ki, bu yaxınlarda həm “Ded”,həm də onların əleyhinə olan gürcü qruplaşmaları Yunanıstanda bir-birinin ardınca bir neçə “sxodka” keçiriblər.
“Qoca”nın bu “sxodka”da iştirakı “Ded” tərəfdarlarının narazılığına səbəb olub. Belə ki, bəzi “qanuni oğru”lar onun “Ded Xasan”ın ölümündən sonra onun qatı düşməni elan edilən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) nüfuz dairəsinə daxil olmasını bağışlaya bilmirlər. Saytın iddiasına görə, Azərbaycandan olan bəzi “qanuni oğru”ların da iştirakı ilə (onların adı çəkilmir) belə bir qərar verilib ki, “Qoca”nın iştirak etdiyi “sxodka”ların nəticələri tanınmır və ondan “tac” alanlar “oğru” hesab edilmir.
Məlumata görə, artıq “Ded Xasan” klanı “Qoca”nın özünü tamamilə kənarlaşdırmaq üçün səylərini səfərbər edib.
Qeyd edək ki, bir müddət əvvəl “Lənkəranski”nin Dubayda olduğu və onunla bərabər, “qanuni oğru” “Yasamallı Qoca”nın da olduğu barədə xəbərlər yayılmışdı. O zaman bu mövzudan yazarkən qeyd etmişdik ki, “Ded Xasan”dan sonra kriminal aləmdə yaranmış çalxalanmada tərəf seçmək mərhələsi gəlib və ən nüfuzlu azərbaycanlı “qanuni oğru”lar “Lənkəranski”nin yanında yer alıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































