Krasnoyarskda "KrasAvia" şirkətinə məxsus An-24 təyyarəsi qırılmış yan şüşə ilə eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Hadisə ilə bağlı yoxlama başlanıb.
Təyyarə Svetloqorsk – Krasnoyarsk (Çeremşanka) marşrutu üzrə 37 sərnişin və beş ekipaj üzvü ilə uçuş həyata keçirirdi. Bildirilir ki, şüşə ekipaj kabinəsində sınıb. Şüşənin zədələnmə səbəbləri hələ açıqlanmayıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda prokurorluq hadisənin təfərrüatlarını araşdırır.
Qeyd edək ki, 7 oktyabr tarixində Rosaviatsiya və Rostransnadzor regional aviaşirkətlərdə geniş miqyaslı planlaşdırılmamış yoxlamaların başlanacağını elan ediblər. Yoxlamalar zamanı aviaşirkətlərin təyyarələrin uçuş hazırlığı, pilotların hazırlıq keyfiyyəti və digər parametrlər nəzərdən keçiriləcək.
Yoxlamaların əsas səbəbi kimi Amur vilayətində baş vermiş An-24 qəzası göstərilir. Qəzaya təyyarənin uçuşa hazırlığı zamanı ciddi təhlükəsizlik protokollarının pozulması səbəb olmuşdu.
Bizim.Media