Tramp Qəzza ilə bağlı Nyu-Yorkda ərəb liderləri ilə sammit keçirəcək

Tramp Qəzza ilə bağlı Nyu-Yorkda ərəb liderləri ilə sammit keçirəcək

Hazırda oxunan: Tramp Qəzza ilə bağlı Nyu-Yorkda ərəb liderləri ilə sammit keçirəcək

271770

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda məhdud çərçivədə ərəb və müsəlman liderləri ilə görüş keçirməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Axios nəşri yayıb.

Görüşün əsas mövzusu Qəzzada müharibənin dayandırılması olacaq. Məlumatı məsələ ilə tanış olan iki ərəb rəsmisi təsdiqləyib.

Sammit 29 sentyabrda Trampın İsrailin baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul etməsindən cəmi bir neçə gün əvvəl keçiriləcək.
 

Görüş Qərb ölkələrinin bir-birinin ardınca Fələstin dövlətini tanıdığı, İsrailin isə cavab olaraq Qərb sahilinin bəzi ərazilərini ilhaq etməklə hədələdiyi bir vaxtda baş tutur. Ağ Ev mövzu ilə bağlı şərh verməkdən imtina edib.


Görüş üçün dəvətlər artıq göndərilib. Sammit çərşənbə axşamı, yerli vaxtla saat 14:30-da keçiriləcək.

Dəvət olunanlar Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə liderləridir. Məlumataa görə, Ağ Ev dəvət olunan ölkələrin müharibədən sonrakı Qəzza planına qoşulmalarını və hətta İsrail ordusunu əvəzləyəcək sabitləşdirici qüvvələr üçün hərbi kontingent göndərmələrini istəyir.

Gözlənilir ki, ərəb liderləri Trampdan Netanyahunun Qəzzadakı müharibəni dayandırması və Qərb sahilinin bəzi ərazilərinin ilhaqından imtina etməsi üçün təzyiq göstərməsini tələb edəcəklər.

BƏƏ isə Ağ Evə açıq şəkildə bildirib ki, İsrailin Qərb sahilinin bir hissəsini ilhaq etməsi İbrahim razılaşmalarını poza bilər. Bu razılaşma isə Trampın ilk prezidentlik müddətində ən böyük uğuru sayılır.

Həmin gün Trampın Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Bəhreyn və Küveyt liderləri ilə ayrıca görüşü də planlaşdırılır.

Bu görüşün əsas mövzularından biri İsrailin Qətərdə HƏMAS liderlərinə hücumu ilə bağlı Körfəz ölkələrinin narahatlıqları olacaq. Ərəb rəsmiləri Körfəz dövlətlərinin Tramp administrasiyasından bu cür hücumların bir daha təkrarlanmayacağına dair zəmanət tələb etdiyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO