Trampın müxalifləri və tərəfdarları arasında qarşıdurma: Gənci kürəyindən bıçaqladılar

Hazırda oxunan: Trampın müxalifləri və tərəfdarları arasında qarşıdurma: Gənci kürəyindən bıçaqladılar

2714

Vaşinqtonda ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları və müxalifləri arasında baş verən qarşıdurmada bir nəfər kürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.

Bizim.Media bildirir ki, “Washington Post” ölkənin Yanğınsöndürmə Xidmətinə istinadən qeyd edir ki, şənbə günü Trampın tərəfdarları ABŞ-ın paytaxtında ölkənin hazırkı liderinə dəstək üçün mitinq keçiriblər.

Bütün marşrut boyunca və mitinq yerlərində küçələr bağlanıb, gücləndirilmiş polis dəstələri keşik çəkiblər.

Qəzetin yazdığına görə, yerli vaxtla saat 20:00-da (bazar günü Bakı vaxtı ilə 05:00) Ağ Evin şərqindəki beş məhəllədə Trampın tərəfdarları və müxalifləri arasında qarşıdurma yaranıb və Respublikaçıların tərəfdarları dəyənəklərlə hücuma keçiblər. Polis gələnə qədər qruplar bir neçə dəqiqə döyüşüblər:

“Dava zamanı 20 yaşlı gənc kürəyindən bıçaqlanıb və ağır yaralanaraq xəstəxanaya aparılıb”.

Qəzetin yazdığına görə “hər iki tərəfdə qana bulaşmış insanlar var idi”, ən azı 10 nəfər nəzarətə alınıb. İğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.

Bizim.Media

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO