“Allah olmayanlara da qismət eləsin...”  - Aprel qazimizin övladı dünyaya gəldi...

“Allah olmayanlara da qismət eləsin...” - Aprel qazimizin övladı dünyaya gəldi...

Hazırda oxunan: “Allah olmayanlara da qismət eləsin...” - Aprel qazimizin övladı dünyaya gəldi...

270713
Moderator.az xəbər verir ki, 2016-cı il Şanlı aprel döyüşlərində Talış kəndi istiqamətində döyüşərək kontuziya alan Xüsusi Təyinatlı gizirimiz, Qazi Sərxan Məmmədovun ilk övladı dünyaya gəlib. Bu haqda saytımıza Qazimizin özü məlumat verib. Qazimiz bildirib ki, hələ dünyaya gələn oğlan övladının adnı qoymayıb:

“Adını hələ qoymamışıq. Çox sevincliyəm. Allah bütün balaları qorusun, olmayanlara da qismət eləsin”.xa0xa0

Qeyd edək ki, Məmmədov Sərxan Sənani oğlu 1991-ci il aprelin 4-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. 2011-ci ildə Xüsusi Təyinatlı kurslarını bitirən S.Məmmədov həmin ildən xidmətə başlayıb. Aprel döyüşləri zamanı Talış kəndi uğrunda gedən döyüşlərdə kontuziya alaraq ordu sıralarından tərxis olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO