Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Hazırda oxunan: Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

270357

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 8 nəfərin ölkəyə təhvil verildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, türkiyəli nazir sosial şəbəkədə cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya edildiyini paylaşıb.

Yerlikayanın məlumatına görə, Ankaranın sorğusu ilə Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə beynəlxalq axtarışa verilib.
 

Türkiyə Daxili İşlər Nazirliyinin başçısı əmin edib ki, axtarışda olan cinayətkarların heç biri ədalət məhkəməsindən qaça bilməyəcək.


Eyni zamanda, o, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO