Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dron hücumları ilə vəziyyətin kəskin şəkildə gərginləşdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə Polşa, Britaniya, İtaliya baş nazirləri və NATO baş katibi ilə telefon danışığından sonra məlumat verib.
Onun sözlərinə görə, bu gecə dronlar Polşanın hava məkanını pozub, həmçinin Belarus ərazisindən də uçuş həyata keçiriblər: “NATO-nun şərq cinahında yerləşən ölkələrin hava məkanına dronların daxil olması daha əvvəl də baş verib, lakin hazırkı hücum miqyası və “ürəkliliyi” baxımından misilsiz olub”.
Bildirilib ki, Polşanın bir sıra yaşayış məntəqələrində Rusiya dronlarının, o cümlədən İran istehsalı “Şhahed”lərin qalıqları tapılıb. Zelenski Avropada vahid HHM sisteminin yaradılmasına və dronları məhv edən texnologiyaların istehsalına maliyyənin artırılmasına yenidən çağırış edib. Bundan əlavə, o, Polşaya hərbçilərin dronlarla mübarizə üzrə hazırlanmasında kömək təklif edib və Tuskla praktiki hərbi əməkdaşlıq barədə razılığa gəlib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:13 / 10.09.2025
Zelenski: “Rusiya dronları NATO sərhədlərini pozub”
Hazırda oxunan: Zelenski: “Rusiya dronları NATO sərhədlərini pozub”
Hazırda oxunan: Zelenski: “Rusiya dronları NATO sərhədlərini pozub”
269778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.