Durov Makronla bağlı fikrini açıqladı: “Uğursuz siyasətinə qarşı…”

Durov Makronla bağlı fikrini açıqladı: “Uğursuz siyasətinə qarşı…”

Hazırda oxunan: Durov Makronla bağlı fikrini açıqladı: “Uğursuz siyasətinə qarşı…”

269686

Telegramın təsisçisi Pavel Durov Fransada keçirilən etiraz aksiyaları fonunda Respublika prezidenti Emmanuel Makronun siyasətinə etirazını bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə paylaşımı X sosial şəbəkəsində yerləşdirib:
 

“Fransada Makronun uğursuz siyasətinə qarşı etirazlar zamanı Telegramın bir vasitəyə çevrilməsindən qürur duyuram. Səkkiz il davam edən laqeydlikdən sonra insanlar boş piardan və biabırçılıqdan yorulublar və onlar cavab tədbiri görürlər”, – deyə sahibkar yazıb.


Qeyd edək ki, bu gün Fransanın müxtəlif şəhərlərində “Hər şeyi bloklayaq” şüarı altında genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Əhali hökumətin təklif etdiyi sərt iqtisadi tədbirlərdən narazılığını bildirir.

Yeri gəlmişkən, bundan əvvəl Durov keçən il həbsinin Fransanın imicinə vurduğu zərbənin yeganə nəticəsi olduğunu qeyd etmişdi.

Onun sözlərinə görə, fransız polisi bir il davam edən istintaqdan sonra həm onu, həm də Telegramı cinayət məsuliyyətinə cəlb ediləcək heç bir sübut tapa bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO