Türkiyə kəşfiyyatı HƏMAS-a İsrailin Qətərə hücumu barədə öncədən xəbər verib – DETALLAR

Türkiyə kəşfiyyatı HƏMAS-a İsrailin Qətərə hücumu barədə öncədən xəbər verib – DETALLAR

Hazırda oxunan: Türkiyə kəşfiyyatı HƏMAS-a İsrailin Qətərə hücumu barədə öncədən xəbər verib – DETALLAR

269645

Türkiyə kəşfiyyatı Qətərdə olan Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətini İsrailin mümkün hücumu barədə öncədən xəbərdar edib. Bunun nəticəsində danışıqlar aparan qrup xilas ola bilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı HƏMAS nümayəndələrindən əldə edən Türkiyənin Türkiye qəzeti yazıb.
 

Məlumata görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının xüsusi qrupu gün ərzində İsrail aviasiyasının hərəkətlərini izləyib. Qəzetin qeyd etdiyinə görə, İsrail Hərbi Hava Qüvvələri əvvəlcə Tunis yaxınlığında Qəzzaya yollanan humanitar donanmaya zərbə endirib, sonra Suriyada – Latakiya və Tartusda, daha sonra isə Livanda hədəfləri vurub. Bundan sonra isə “hədəf Qətərdəki HƏMAS nümayəndələri olub”.


Türkiyə kəşfiyyatı HƏMAS-ın danışıqlar aparan nümayəndə heyətini risk barədə xəbərdar edib və bu səbəbdən Dohada fələstinli təmsilçilər üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

Beləliklə, qəzet yazır ki, nümayəndə heyətinin yüksəkvəzifəli üzvlərinin çoxunun həlak olmasının qarşısı alınıb. Lakin “bir neçə nəfər, o cümlədən Qəzza sektorunda hərəkat liderlərindən biri, Xalil əl-Heyin ofisinin rəhbəri Cihad Labed və əl-Hey Hammamın oğlu” həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO