Hər kəs bu sirli qapıdan danışır: İçərisində görün, nə var?

Hər kəs bu sirli qapıdan danışır: İçərisində görün, nə var?

Hazırda oxunan: Hər kəs bu sirli qapıdan danışır: İçərisində görün, nə var?

269637

Qazaxıstanın Şərqində, Cunqar Alatau dağlarında nəhəng qapıya bənzər qayanın tapıldığı iddia edilən paylaşım sosial mediada böyük maraq doğurub.

Bizim.Media xəbər verir ki, qarlı ərazidə hərəkət edən kəşfiyyatçıların çəkdiyi  görüntülərdə dron kamerası ilə dağın yamacında təxminən 12 metr hündürlüyündə və eni eyni ölçüdə yarımdairəvi "qapı" görünür. 
 

Görüntülər yayımlandıqdan sonra minlərlə şərh toplayıb. İstifadəçilərin bir qismi bu qayan ı “qədim yadplanetlilərin izi” kimi təqdim edib, digərləri isə dini mətnlərdəki “Yəcuc və Məcuc” anlayışı ilə əlaqələndiriblər. Hətta sosial şəbəkələrdə “qiyamət əlaməti ola bilərmi?” tipli müzakirələr də gedib.


Geoloqlar isə bunun tamamilə təbii proseslər nəticəsində formalaşmış qaya strukturu olduğunu bildirirlər.

Onların fikrincə, belə yarımdairəvi “qapı”lar milyon illər ərzində baş verən geoloji dəyişikliklər nəticəsində yarana bilər. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO