Trampdan acı etiraf: “Ukraynada müharibəni bitirmək çətindir”

Trampdan acı etiraf: “Ukraynada müharibəni bitirmək çətindir”

Hazırda oxunan: Trampdan acı etiraf: “Ukraynada müharibəni bitirmək çətindir”

269624

“Mən daha əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda bitirə biləcəyimə inanırdım. Ancaq məlum oldu ki, bunu etmək o qədər də asan deyil”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “77 WABC” radiosuna müsahibəsində deyib.

ABŞ prezidenti bir daha bəyan edib ki, ikinci prezidentlik müddəti başlayandan bəri, o, yeddi müharibəni bitirə bilib. Onun sözlərinə görə, bu müharibələrdən bəzilərinin ömrü 30 ildən çox olub.

Tramp etiraf edib ki, o, əvvəllər Vladimir Putinlə yaxşı anlaşdığı üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etməyin onun üçün çox asan olacağına inanırdı.

Tramp bildirib ki, o sülhün çox yaxın olduğunu düşünməyə başlayanda Putin Ukraynaya raket və dronlarla hücum edir.
 

"Əslində çox təəccüblənirəm. Mən dedim ki, bu iş kifayət qədər tez həll olunacaq. Amma bu, mürəkkəbdir. Putinlə Zelenski arasında böyük nifrət var. Bildiyiniz kimi, böyük düşmənçilik var və çoxlu qan tökülüb", - Tramp deyib.


O, həmçinin əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hər həftə 5-7 min insan ölür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO