Avropa Moskvanı hədəf aldı, zərbə İrəvana DƏYDİ – Ermənistan böhranın ASTANASINDA

Avropa Moskvanı hədəf aldı, zərbə İrəvana DƏYDİ – Ermənistan böhranın ASTANASINDA

Hazırda oxunan: Avropa Moskvanı hədəf aldı, zərbə İrəvana DƏYDİ – Ermənistan böhranın ASTANASINDA

269510

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti, 19-cu sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.

Hədəfdə başqa hansı ölkələr var?

Bu addım Avropa İttifaqında istehsal olunan məhsulların sanksiyalardan yayınaraq dolayı yollarla Rusiyaya çatdırılmasının qarşısını almağa hesablanıb.

Sanksiya paketi çərçivəsində, həmçinin Rusiyanın energetika və maliyyə sektorlarına məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, bir sıra ölkələr Rusiyaya Ukraynada müharibə başlayandan sanksiyalardan yayınmağa, ondan yan keçməyə kömək edir. Belə ölkələr sırasında xüsusən də Ermənistan “fərqlənir”. İrəvan sanksiyaya məruz qalan malların Rusiyaya qanunsuz yollarla çatdırılmasında vasitəçi qismində çıxış edir. Müharibə başlayandan üzü bəri Ermənistan bu yolla özünün iqtisadi göstəricisini müəyyən qədər artırmağa nail olub, böyük pullar qazanıb.

Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketi isə Ermənistanı bu üstünlüklərdən məhrum edə bilər.

Görəsən, Ermənistan hansı problemlərlə üzləşəcək? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Aİ-nin Rusiyaya tətbiq etməyi plaşlaşdırdığı 19-cu sanksiyalar paketinə riayət olunarsa, bu Moskvaya sanksiyalardan yayınmaqda yardımçı olan ölkələrə, xüsusən də Ermənistana ziyan vuracaq:

“Bu xüsusda Ermənistan da ziyana düşəcək. Ermənistanın son 2-3 ildə süni şəkildə şişirdilən iqtisadi rəqəmləri, idxal-ixrac əməliyyatındakı statistikası mənfi istiqamətə doğru dəyişəcək.

Digər tərəfdən, Ermənistan yenə də Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdə davam edərsə və bu əsasda Avropa tərəfindən ona qarşı əlavə sanksiyalar tətbiq olunarsa, mövcud vəziyyətdə də İrəvan iqtisadi geriləməyə məruz qalacaq. Yəni hər iki halda, sanksiyalara riayət etsə də, etməsə də, Ermənistan iqtisadi göstəricilərində tənəzzülü ifadə edən rəqəmlərlə üz-üz qalmalı olacaq”.

Həmsöhbətimizin fikrincə, Ermənistanın ÜDM-i 2 dəfəyə qədər azalacaq:

“İrəvan Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməklə öz ümumi daxili məhsulunun (ÜDM) 2,2-2,3 dəfə artımına nail olub. 19-cu sanksiya paketinin tətbiqi isə Ermənistan ÜDM-nin elə o qədər də azalması demək olacaq. Ermənistan hazırda digər göstəricilərdə də iqtisadi tənəzzül yaşayır. Onlar blokadadırlar. İş yerləri bağlanır, insanlar ölkəni tərk edir. Ölkədə iqtisadi tənəzzül prosesi sözügedən məsələ olmadan da belə davam edir.

Bunun üzərinə sanksiyalar paketini fonunda yaranacaq tənəzzül rəqəmlərini də gəlsək, ən azından Ermənistanda ÜDM-nin 2 dəfəyə qədər azalacağını müşahidə edə bilərik”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO