Yarasadan insanlara keçən növbəti DƏHŞƏTLİ VİRUS – Sürətlə yayılmağa BAŞLADI

Yarasadan insanlara keçən növbəti DƏHŞƏTLİ VİRUS – Sürətlə yayılmağa BAŞLADI

Hazırda oxunan: Yarasadan insanlara keçən növbəti DƏHŞƏTLİ VİRUS – Sürətlə yayılmağa BAŞLADI

269450

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Afrikanın bir sıra ölkələrində yüksək ölüm göstəricisi və sürətli inkişafı ilə seçilən yeni virus aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, ilk yoluxma halları Konqo Demokratik Respublikasında qeydə alınıb. Xəstəlik ilk olaraq üç azyaşlıda aşkar edilib. Onlar yarasa əti yedikdən sonra virusa yoluxublar.

İlkin məlumata görə, indiyədək azı 50 nəfər əvvəllər məlum olmayan virusun qurbanı olub.

Mütəxəssislər vurğulayır ki, xəstəlik sürətli gedişata və yüksək letallığa malikdir. Simptomlar arasında qusma və daxili qanaxma xüsusilə diqqət çəkir.

Xatırladaq ki, bir neçə il əvvəl pandemiyaya çevrilmiş COVİD-19 virusu da yarasalardan insanlara keçmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO