
- A-
- A
- A+
Dünya
10:57 / 08.09.2025
Ukrayna müharibədə həlak olan hər bir əsgərinə 15 milyon qriven ödəyəcək - FOTO
Hazırda oxunan: Ukrayna müharibədə həlak olan hər bir əsgərinə 15 milyon qriven ödəyəcək - FOTO
269264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukrayna Müdafiə Nazirliyi bu aydan etibarən həlak olan hərbi qulluqçuların ailələrinə ödəniş qaydalarında dəyişikliklər edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, bu məbləğ 15 milyon qriven (617 min AZN) təşkil edəcək.
Döyüşlərdə həlak olmuş hərbçilərin ailələri birdəfəlik 3 milyon qriven (123 min AZN) məbləğində kompensasiyanı dərhal alacaqlar.
Qalan 12 milyon qriven (494 min AZN) isə dövlət tərəfindən mərhələli şəkildə ödəniləcək – ailələr hər ay təxminən 150 min qriven (6 min AZN) alacaqlar və bu proses 80 ay (təxminən 6 il 8 ay) davam edəcək.
Bu addımın əsas məqsədi ailələrin dərhal maliyyə dəstəyi almasını təmin etmək və eyni zamanda uzunmüddətli sosial təminatı qorumaqdır.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































