Kiyevdə Çoxmillətli Qüvvələrin qərargahı FORMALAŞDIRILIR

Kiyevdə Çoxmillətli Qüvvələrin qərargahı FORMALAŞDIRILIR

Hazırda oxunan: Kiyevdə Çoxmillətli Qüvvələrin qərargahı FORMALAŞDIRILIR

269048

Kiyevdə Ukraynada fəaliyyət göstərəcək Çoxmillətli Qüvvələrin qərargahı formalaşdırılır. Ona britaniyalı zabit rəhbərlik edəcək.

Bizim.Media xəbər veirr ki, “UK Defence Journal” Britaniya nəşrinin iddiasına görə, bu struktur NATO-nun mümkün atəşkəsə hazırlıq səyləri çərçivəsində yaradılır.
 

Onun idarə olunmasında Fransanın da iştirakı nəzərdə tutulur. Məqalə müəllifləri qeyd edirlər ki, təşkilat “Ukraynadakı vəziyyətin sonrakı sabitləşdirilməsinə” cavabdeh ola bilər.


Qərargahın əsas iş dili ingilis dili olacaq, fəaliyyətində isə 30-dan çox ölkə iştirak edəcək.

Bundan əvvəl bir sıra ölkələr – Slovakiya, İtaliya, Yaponiya və Polşa – Ukraynaya öz hərbçilərini göndərməyi planlaşdırmadıqlarını bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO