Meloninin porno saytda şəkilləri yayıldı, prokurorluq hərəkət KEÇDİ – FOTO

Meloninin porno saytda şəkilləri yayıldı, prokurorluq hərəkət KEÇDİ – FOTO

Hazırda oxunan: Meloninin porno saytda şəkilləri yayıldı, prokurorluq hərəkət KEÇDİ – FOTO

268904

İtaliya Prokurorluğu qadın siyasətçilərin və jurnalistlərin, o cümlədən baş nazir Corciya Meloninin görüntülərinin paylaşıldığı pornoqrafik saytla bağlı istintaqa başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, ötən həftə bağlanana qədər saytın 700 mindən çox abunəçisi olub.

Şəkillər qadınların icazəsi olmadan sosial şəbəkələrdən, açıq mənbələrdən və OnlyFans hesablarından götürülüb, daha sonra intim hissələri vurğulamaq və ya seksual poza yaratmaq üçün xüsusi dəyişikliklər edilib.
 

İtaliya lideri baş verənləri “iyrənc” adlandıraraq, günahkarların “ən sərt şəkildə” cəzalandırılmasını tələb edib.


Qeyd edək ki, İtaliyada 2019-cu ildən “porno qisas” qanunu qüvvədədir. Bu qanuna əsasən, şəxsi istifadə üçün nəzərdə tutulmuş açıq-saçıq foto və videoların yayılması cinayət əməli hesab olunur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO