“ABŞ Prezidenti Donald Trampın yaxın vaxtlarda Ukraynadakı müharibənin nizamlanmasında vasitəçiliyə, eləcə də Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünün təşkil olunmasına inamı getdikcə azalır”.
Bizim.Media xəbər verir ki, bu barədə NBC telekanalı Ağ Evin iki yüksəkvəzifəli nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp bir gün öncə Zelenski və Avropa liderləri ilə telefon danışığında iştirak edib. O, Avropanın Rusiya neftinin alışını dayandırmalı olduğunu vurğulayıb.
Avropalı rəsmilərdən biri NBC-yə açıqlamasında bildirib ki, ABŞ-ın Rusiyaya qarşı yeni ciddi sanksiyalar tətbiq etməməsi məyusluq doğurub. Onun sözlərinə görə, belə addımlar Moskvanı müharibəni dayandırmağa məcbur edə bilərdi.
Mənbələr bildirib ki, Trampın bu qərarı, onun son vaxtlar müşavirlərinə “Putinlə münasibətləri tam pozmaq istəmədiyini” deməsi ilə bağlı ola bilər.
Amerikalı rəsmilərin sözlərinə görə, sanksiyalar Moskvanı güzəştlərə məcbur etməyə imkan versə də, hər yeni eskalasiya Trampın neytral vasitəçi kimi rolunu sual altına qoyur. Buna görə də əsas məsələ sanksiyaların tətbiqi üçün düzgün vaxtın seçilməsi və əldə olunan irəliləyişdən sonra onların mərhələli şəkildə aradan qaldırılmasıdır.
Bizim.Media