Uran ehtiyatları ƏRİYİR – Nüvə sənayesi böhran ASTANASINDADIR

Uran ehtiyatları ƏRİYİR – Nüvə sənayesi böhran ASTANASINDADIR

Hazırda oxunan: Uran ehtiyatları ƏRİYİR – Nüvə sənayesi böhran ASTANASINDADIR

268849

Dünyada uran yataqlarının sürətlə azalması və nüvə yanacağına artan tələbat yaxın illərdə nüvə sənayesində ciddi böhrana səbəb ola bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Financial Times qəzeti Dünya Nüvə Assosiasiyasının (WNA) hesabatına istinadən xəbər yayıb.
 

Məlumata görə, mövcud mədənlər qarşıdakı onillikdə ehtiyatlarının tükənməsi ilə üzləşəcək. Bu isə yeni təbii uran mənbələrinə ehtiyacı daha da artırır. Assosiasiya ekspertləri qeyd edir ki, vəziyyətdən çıxış yolu üçün genişmiqyaslı geoloji kəşfiyyat işlərinə, innovativ hasilat üsullarına, effektiv icazəverilmə sisteminə və vaxtında investisiyalara ehtiyac var.


ABŞ-ın Energy Fuels şirkətinin baş direktoru Mark Çalmers də vurğulayıb ki, bir çox müəssisələr mədənlərin köhnəlməsi və məhsuldarlığın azalması səbəbindən uran istehsalını ixtisar edəcək.

Dünya Nüvə Assosiasiyasının proqnozlarına görə, 2030-cu ilə qədər nüvə reaktorlarında uran istehlakı üçdə bir həcmdə artaraq 86 min ton, 2040-cı ilə qədər isə 150 min ton təşkil edəcək. Bu isə tələbatla təklif arasında “əhəmiyyətli uçurum” yaradaraq bütün sənayenin inkişafını təhlükə altına sala bilər.

Mütəxəssislər bu səbəbdən uranın emalı və zənginləşdirilməsi texnologiyalarına sərmayə yatırmağın vacibliyini bildirirlər. 

Nəşr yazır ki, yeni uran mədənlərinin istifadəyə verilməsi çətin və uzunmüddətli prosesdir. Çünki yatağın aşkarlanmasından hasilata başlanmasına qədər 10–20 il vaxt tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO