“Döyüş əməliyyatları - mürəkkəb və amansız bir şeydir, proqnozlar vermək lazım deyil. Ukrayna məsələsinin həllində “tunelin sonunda işıq” görünür, amma Rusiya qarşıya qoyulan məsələləri hərbi yolla da həll etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, Rusiya həmişə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb, amma Aİ-yə yox:
“Rusiya Federasiyası hələ 2022-ci ildə Ukraynaya qoşunları Donbasdan çıxarmağı və münaqişəni bitirməyi təklif etmişdi, lakin qoşunlar Kiyevdən geri çəkildikdən sonra Ukrayna fikrini dəyişdi.
Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin komplektləşməsi kritik həddə çatıb. Ukrayna Silahlı Qüvvələri genişmiqyaslı hücum əməliyyatları aparmağa qadir deyil, onların ehtiyatları isə getdikcə azalır”.
“Rusiyaya qoşulmanı referendumlarda dəstəkləyən insanların fikrinə hörmət etmək lazımdır, demokratiya məhz budur”, - Rusiya lideri qeyd edib.
Bizim.Media