Rusiyanın atəşkəs şərtinə Ukraynadan SƏRT REAKSİYA – FOTO

Rusiyanın atəşkəs şərtinə Ukraynadan SƏRT REAKSİYA – FOTO

Hazırda oxunan: Rusiyanın atəşkəs şərtinə Ukraynadan SƏRT REAKSİYA – FOTO

268505

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib ki, Rusiya Ukraynaya qarşı başladığı müharibəni dayandırmaq niyyətində deyil və ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinə məhəl qoymur.

Bizim.Media xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, son altı ay ərzində Donald Tramp sülhə yaxınlaşmaq üçün çox vaxt və səylər sərf edib.

“Lakin Rusiya xarici işlər nazirindən cavab olaraq yalnız köhnə ultimatumların yeni “paketi”ni aldı”, – deyə Sibiqa vurğulayıb.

O həmçinin Sergey Lavrovun açıqlamasına da diqqət çəkib.

“Rusiya öz təcavüzkar məqsədlərini dəyişməyib və konstruktiv danışıqlara hazır olduğuna dair heç bir əlamət göstərmir. Əksinə, onun ultimatumları getdikcə daha da məntiqsizləşir”, – deyə Ukraynanın xarici işlər naziri qeyd edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dayanıqlı sülhün əldə olunması üçün “yeni ərazi reallıqları” beynəlxalq-hüquqi müstəvidə tanınmalı və təsbit edilməlidir. Yəni, Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın ərazisi olması qəbul edilməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO