Lavrov: "Ukraynada atəşkəs yalnız bu şərtlə mümkün olacaq"

Lavrov: "Ukraynada atəşkəs yalnız bu şərtlə mümkün olacaq"

Hazırda oxunan: Lavrov: "Ukraynada atəşkəs yalnız bu şərtlə mümkün olacaq"

268471

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində jurnalistlərə müsahibə verib və Ukraynada atəşkəsin şərtlərindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yayılıb.

Lavrovun sözlərinə görə, Ukraynada atəşkəs üçün əsas şərt Rusiyanın tərkibinə daxil olmuş yeni ərazilərin beynəlxalq səviyyədə tanınmasıdır.

«Sülhün davamlı olması üçün Krım, Sevastopol, DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin referendumların nəticəsinə əsasən Rusiyaya birləşməsindən sonra yaranmış yeni ərazi reallıqları tanınmalı və beynəlxalq-hüquqi şəkildə rəsmiləşdirilməlidir», – deyə rusiyalı nazir vurğulayıb.

O həmçinin əmin edib ki, Moskvanın prioriteti münaqişənin sülh yolu ilə həllidir.

Bundan başqa, Rusiya XİN rəhbəri qeyd edib ki, «fundamental sülh Rusiyanın təhlükəsizliyinə NATO-nun genişlənməsi ilə bağlı mövcud təhdidlər aradan qaldırılmadan», eləcə də Ukraynanın neytral, bloklara qoşulmayan və nüvə silahından azad statusu təmin edilmədən mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO