ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı yarım milyon manatı MƏNİMSƏYİB?

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı yarım milyon manatı MƏNİMSƏYİB?

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı yarım milyon manatı MƏNİMSƏYİB?

268458

ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin sabiq məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı və zərərçəkmiş tərəf işin məhkəməyə verilməsini təklif etsə də, təqsirləndirilən şəxsin vəkili İlham Əsədov işin baxışa verilməməsini və yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını istəyib.

Vəkil deyib ki, işi düzgün aparmadığına görə müstəntiq barəsində qanunvericiliyə uyğun olaraq xüsusi qərar çıxarılaraq cəzalandırılmalıdır.

Vəkil bildirib ki, səfirlik Rafiq Göyüşovdan şikayətçi deyil:

“ABŞ səfirliyi Rafiq Göyüşovdan şikayətçi olmadığını, lakin təqsirli olduğu halda qanun çərçivəsində cəzalandırılmasını istəyib”.

Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Proses 17 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir. O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO