Qərəzli siyasətin növbəti MƏRHƏLƏSİ – Hindistan ədalətsiz mövqeyindən niyə ƏL ÇƏKMİR?

Qərəzli siyasətin növbəti MƏRHƏLƏSİ – Hindistan ədalətsiz mövqeyindən niyə ƏL ÇƏKMİR?

Hazırda oxunan: Qərəzli siyasətin növbəti MƏRHƏLƏSİ – Hindistan ədalətsiz mövqeyindən niyə ƏL ÇƏKMİR?

268176

Xəbər verdiyimiz kimi, Hindistan bir daha Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tam üzvlük müraciətini növbəti dəfə bloklayıb. 

Bununla Hindistan bir daha göstərdi ki, ikitərəfli münasibətləri çoxtərəfli platformalara daşımaqda davam edir. Hansı ki, Nyu-Dehlinin bu addımı çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na ziddir. 

Məlumata görə Hindistanın rəsmi Bakıya qarşı bu mövqeyi birbaşa olaraq Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərilə bağlıdır. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmasına Hindistan mane olub – SENSASİON DETALLAR



Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Hindistan öz oyununu oynayır və öz marağını güdür:

“Onlar istəyir ki, bütün istifadə olunan kommunikasiyalar öz maraqlarına cavab verən kommunikasiyalar olsun. Bu fonda Azərbaycanın həyata keçirdiyi və irəli sürdüyü layihələr isə onların istəyinə maneə olur. 


Hindistan belə hərəkətlərilə həm də Ermənistanla münaqişənin yenidən canlandırılmasına çalışır. Eyni zamanda, Azərbaycanın Pakistanla müttəfiqliyi də bu prosesdə böyük rol oynayır. Ermənistan buna qısqanclıqla baxır. Habelə, Bakının Çinlə münasibətləri də bu qüvvələri narahat edir”. 

“Gec-tez Azərbaycan ŞƏT-ə üzv olacaq”

Deputat Ceyhun Məmmədov isə hesab edir ki, atılan addıma görə, problem Hindistanın özündədir və Nyu-Dehli Pakistana qarşı düşmənçiliyə son qoymalıdır:

“Azərbaycan Prezidenti bildirdi ki, rəsmi Bakı Pakistana dəstək olduğuna görə Hindistan ölkəmizdən bunun qisasını almağa çalışır. Nəzərə almalıyıq ki, Pakistan Ermənistanın işğalçı siyasətinə görə, bu günə qədər İrəvanla heç bir diplomatik əlaqə qurmayan yeganə dövlət olub.

Vətən Müharibəsi dövründə də Pakistan Azərbaycanın yanında olaraq, ölkəmizə qardaşlıq dəstəyini göstərdi. Azərbaycan da öz növbəsində mütləq şəkildə Pakistana öz qardaşlıq dəstəyini göstərir. 

Nyu-Dehli Azərbaycanın Pakistana dəstəyinin onun əleyhinə yönəlmədiyini anlamaq istəmir.

Azərbaycanın Pakistanla tarixi qardaşlıq münasibətləri var. Hindistanın bu hərəkəti ölkəmizə qarşı ədalətsiz mövqe olmaqla, qərəzli yanaşmadır. ŞƏT üzvləri Hindistana başa salmalıdırlar ki, bu cür siyasətə son qoysun. Gec-tez Azərbaycan ŞƏT-ə üzv olacaq. Nə Hindistan, nə də bir başqası buna maneə ola bilməyəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO