
- A-
- A
- A+
Dünya
06:36 / 18.08.2025
Həkimlər burnunda popkorn qalan uşağı öldürdü - DETALLAR
Hazırda oxunan: Həkimlər burnunda popkorn qalan uşağı öldürdü - DETALLAR
265723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Braziliyanın Qoyas ştatında iki həkim ehtiyatsızlıqdan adam öldürmə və səhlənkarlıqda ittiham olunur. Onlar 2 yaşlı uşağın burnundakı popkorn dənəsini çıxarmaq üçün hava şlanqından istifadə ediblər. Bu, uşağın ağciyəri və mədəsinin cırılmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, valideynlər yad cismi çıxara bilmədikləri üçün xəstəxanaya müraciət ediblər.
Həkimlər əvvəlcə pinset, sonra isə hava ilə “üfürmə” üsulunu sınayıblar. İki cəhddən sonra uşağın bədənində şişkinlik yaranıb, lakin həkimlər onu sadəcə dərman verərək evə göndəriblər. Uşaq yolda vəfat edib.
Araşdırma davam edir, valideynlər həkimlərin cəzalandırılmasını tələb edir. Hadisə ölkədə səhiyyə xidmətlərinin keyfiyyəti ilə bağlı narahatlıq yaradıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































