İstanbulda azərbaycanlı güllələndi - VİDEO

Hazırda oxunan: İstanbulda azərbaycanlı güllələndi - VİDEO

26025

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub. 

Bizim.Media xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar. 

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb. Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir. 

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO