Türkiyədə bir çox evi su basdı – FOTO 

Türkiyədə bir çox evi su basdı – FOTO 

Hazırda oxunan: Türkiyədə bir çox evi su basdı – FOTO 
25556
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq bir neçə gündür Türkiyə ərazisində təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsdlar törədib. 

Bizim.Media Anadolu Agentliyinə istinadla xəbər verir ki, yağan leysan yağışı səbəbindən ölkənin bir çox vilayətlərində sel, torpaq sürüşməsi, daşqın kimi bir sıra problemlər yaranıb. 

Türkiyənin Aydın, Kütahya, İzmir və bir sıra digər vilayətlərində yağan leysan yağışı selə səbəb olub.

Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb, torpaq sürüşməsi meydana gəlib, bəzi bölgələrdə avtomobillərin hərəkəti tamailə dayanıb. Bəzi ərazilərdə sel suları avtomobilləri aparıb. Yüksək bölgələrlə əlaqə kəsilib. 

Kütahyada daşqın ehtimalına qarşı bölgədəki “Hasanlar” su hövzəsində suyun bir miqdarı boşaldılıb. 

Qeyd edək ki, hidrometeoroloqlar ölkə ərazisində yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO