Rusiyada Ukraynanın 51 PUA-sı vuruldu

Rusiyada Ukraynanın 51 PUA-sı vuruldu

Hazırda oxunan: Rusiyada Ukraynanın 51 PUA-sı vuruldu

251278

Rusiyanın hava hücumundan müdafiə qüvvələri son yeddi saat ərzində ölkə ərazisində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar yerli vaxtla saat 13:00-dan 20:00-dək zərərsizləşdirilib.

Qeyd olunur ki, 23 PUA Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, altısı Moskva vilayəti, biri isə Kalujsk vilayəti üzərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, məhv edilən bütün PUA-lar təyyarə tipli olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO