Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək

Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək

Hazırda oxunan: Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək

251262

2026-cı ilə qədər Elbrus dağında (Kabardin-Balkar Respublikası, Rusiya) alpinist şəhərciyi salınacaq.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Qafqaz İnvestisiya Forumu çərçivəsində "Kavkaz.RF" inkişaf institutunun nümayəndələri bildiriblər.

"Elbrusa dırmanmaq istəyənlərin hamısı bu yaşayış yerlərində qalacaqlar və son təyinat yeri "Priyut 11" tarixi hoteli olacaq", - "Kavkaz.RF" İnkişaf İnstitutunun baş direktorunun müavini Xisa Bekkayev bildirib.

O qeyd edib ki, alpinistlər üçün şəhərcik "Priyut 11" hotelinin altında tikiləcək. Layihənin 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır. Şəhərcik 68 yaşayış yeri olan 19 moduldan ibarət olacaq.

Qeyd edək ki, 5642 metr hündürlüyə malik Elbrus dağı Qafqaz və Rusiyanın ən hündür nöqtəsi sayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO