
- A-
- A
- A+
Birləşmiş Ərəb Əmirliklərində temperatur 51.6 dərəcəyə QALXDI
Mayın 24-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) may ayı üçün 2003-cü ildən bəri ən yüksək temperatur qeydə alınıb.
Bizim.Media BƏƏ-nin Milli Meteorologiya Mərkəzinə istinadən xəbər verir ki, Suveyhanda (əl-Ayn) yerli vaxtla saat 13:45-də qeydə alınan ən yüksək temperatur 51.6 dərəcə Selsi olub.
Bildirilir ki, BƏƏ ərazisində indiyədək qeydə alınan ən yüksək temperatur 2010-cu ildə İliyasat adasında 52 dərəcə olub. Ümumiyyətlə, yaz mövsümü başlamamışdan əvvəl BƏƏ-də temperaturun son illərlə müqayisədə qeyri-adi dərəcədə yüksəldiyi müşahidə olunub.
“Əş-Şarq əl-Avsət” nəşri yazır ki, temperaturun 45 dərəcəyə çatdığı bu günlərdə Dubayda sürücülər avtomobillərində kondisionerlərin kifayət qədər sərinlik vermədiyini deyiblər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































