ATƏT-in Minsk Qrupunun tərkibi genişləndirilməyəcək

Hazırda oxunan: ATƏT-in Minsk Qrupunun tərkibi genişləndirilməyəcək

2509

Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün tərkibinin genişləndirilməsi planlaşdırılmır.

Bizim.Media-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV-lərə verdiyi müsahibəsində deyib.

“Həmsədrlər üçlüyünün (Rusiya, ABŞ və Fransa) tərkibini genişləndirmək planları yoxdur. Dediyim kimi, daim təmasdayıq, dünən Jan İvon Le Drianla danışdım. Əməkdaşlarım həmsədrliyin işini təmin edən Amerika təmsilçiləri ilə təmasdadırlar”, - deyə S. Lavrov vurğulayıb.

Rusiya XİN başçısı Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərinin gələn həftə Moskvaya səfər edəcəklərini də qeyd edib:

“Biz onlara sülhməramlıları necə yerləşdirdiyimiz barədə ətraflı məlumat verəcəyik və yəqin ki, Dağlıq Qarabağ və ətrafındakı bütün etno-konfessional icmaların hüquqları nəzərə alınaraq dinc bir həyat qurmağa necə kömək edə biləcəyimiz barədə məsləhətləşəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO