“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəldi

“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəldi

Hazırda oxunan: “Bitcoin”in qiyməti tarixi maksimuma yüksəldi

250719

Cümə axşamı “Binance” rəqəmsal valyuta mübadiləsi xidmətində “Bitcoin”in qiyməti bütün dövrlərin ən yüksək səviyyəsinə - 111 min 800 dollara yüksəlib.

Bizim.Media xəbər verir ki, “Bitcoin”in qiyməti bir ay ərzində 22 min dollardan çox bahalaşaraq yeni rekord müəyyən edib.

Ekspertlərin sözlərinə görə, dolların zəifləməsi və amerikalı qanunvericilərin ənənəvi valyutalarla əlaqəli kriptovalyutaların federal tənzimlənməsini nəzərdə tutan “GENIUS” aktına dəstəyi fonunda treyderlər “Bitcoin”in perspektivlərinə daha nikbin yanaşmağa başlayıb.

Qeyd edək ki, aprelin əvvəlində Ağ evin bütün ölkələrdən idxal olunan mallara rüsum tətbiq etməsindən sonra Donald Trampın andiçmə mərasimi ərəfəsində qiyməti 109 min dolları ötən “Bitcoin”in dəyəri 75 min dollardan aşağı enmişdi. Buna baxmayaraq, dünyanın ən məşhur kriptovalyutası ay yarımdan sonra mövqeyini geri qaytara bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO