ABŞ Rusiya və Çinin kosmik əməkdaşlığından niyə narahatdır?

ABŞ Rusiya və Çinin kosmik əməkdaşlığından niyə narahatdır?

Hazırda oxunan: ABŞ Rusiya və Çinin kosmik əməkdaşlığından niyə narahatdır?

25055

İyunun 15-də ABŞ Kosmik Agentliyinin (NASA) baş katibi Bill Nelson verdiyi açıqlamada Rusiya və Çin arasındakı əməkdaşlıq prosesini yaxından izlədiklərini və Vaşinqtonun rəqiblərindən geri qalmağı düşünmədiyini qeyd edib.

Nelson eyni zamanda 16 iyunda Rusiya və Çin arasında birgə əməkdaşlığa dair fəaliyyət planının elan olunacağını da bildirib. 

Onun sözlərinə görə, nə qədər birgə əməkdaşlıq şəraitində işlər görülsə də, ABŞ üçün rəqiblərini qabaqlamaq daha önəmlidir. Bu məqsədlə Ay səthinə ilk qadın və ilk qaradərili kosmonavtın endirilməsi ABŞ-ın əsas prioritet sahəsidir deyə, Nelson qeyd edib. 

Qeyd edək ki, Bill Nelsonun bu açıqlamaları Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan GLEX-2021 Beynəlxalq Kosmik Tədqiqatlar konfransı haqqında qeyd edib. 14-18 iyun tarixləri arasında keçirilən konfrans məşhur kosmonavt Yuri Qaqarinin kosmosa çıxışının 60-cı il dönümü münasibətilə təşkil edilir. Konfransı önəmli edən bir digər amil isə əsas iştirakçılar olan Rusiya və Çin arasında kosmik sahədə əməkdaşlıq haqqında müzakirələrin aparılacağıdır.

ABŞ-ın yer almadığı kosmik nizam

Konfransın gedişində Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) sədri Dimitri Roqozin “Zevs” adlı yeni kosmik aparatın təqdim edib. Roqozin, yeni aparatın Mars və Venera ekspedisiyaları ilə yanaşı günəş sistemindən kənardakı araşdırmalar üçün də istifadə olanacağını bildirib. 

Roqozin konfransda ABŞ-la da qarşılıqlı əməkdaşlıq məsələsinə də toxunub. Onun sözlərinə görə, Rusiya ABŞ-la Beynəlxalq Kosmik Stansiyada çərçivəsində əməkdaşlığını davam etdirə bilər Lakin bunun üçün kosmik sahədə Rusiyaya tətbiq olunan sanksiyalar aradan qaldırılmalıdır. Əks halda isə hər dövlət müstəqil şəkildə özünün kosmik stansiyasını quracaq.

Qeyd edək ki, Rusiya daha əvvəl 2025-ci ildə sona çatacaq Beynəlxalq Kosmik Stansiyadakı təmsilçiliyini sona çatdıracağını elan edib. Bunun əvəzinə Çinlə birgə əməkdaşlıq edəcəyi gözlənilən Rusiyanın artıq hazırlanma prosesində olan yeni kosmik stansiyada yer alacağı ehtimal olunur.

Rusiyanın kosmik rəqabət strategiyası

Rozoqinin konfransdakı çıxışı Rusiyanın yeni kosmik rəqabətdə istəkli olduğunu ortaya qoyur. Xüsusilə Çinlə bu sahədə aparılacaq əməkdaşlıq Rusiyanın maraqlarına tam şəkildə cavab verir. Lakin Rusiyanın kosmik strategiyasının Çindən fərqli olduğu nəzərə çarpır. İlk olaraq Rusiyanın Çin və ABŞ qədər ciddi iqtisadi imkanlara malik olmadığı aydındır. 

Mövcud iqtisadi imkanların böyük hissəsini kosmik rəqabətə həsr etmək isə Rusiya üçün arzuolunmaz nəticələr gətirə bilər. keçmiş SSRİ-nin oxşar təcrübəsindən yaxşı dərs çıxaran Rusiya eynilə müdafiə sənayesində olduğu kimi strateji hədəflər üzərinə köklənəcək.

Rusiya üçün mövcud iqtisadi imkanlar daxilində hər hansı bir hədəfi reallaşdırmaq daha çox perspektiv gətirəcək addımdır. Roqozinin qeyd etdiyi kimi termonüvə mühərriklərindən kosmosda istifadə olunması Rusiyanın genəş sistemindən kənarda və daha uzaq məsafələrdə araşdırma aparmasına imkan verə bilər. 

ABŞ-la birbaşa və kompleks rəqabət içərisində olan Çindən fərqli olaraq Rusiya strateji hədəflərə yönəlməklə kosmik rəqabətdə öz rolunu və nüfuzunu qoruyub saxlamağı bacara bilər.

Bu gün Aya kosmonavt endirmək və müstəqil kosmik stansiyaya malik olmaq Çin və ABŞ üçün əsas rəqabət mövzusudur. Rusiya isə məhdud qaynaqlarını bu iş üçün sərf etməkdənsə, kosmik araşdırmalar istiqamətində önəmli addımlar atmağı planlaşdırır.

ABŞ-ın nədən narahatdır?

Rusiya və Çin arasındakı kosmik əməkdaşlıqdan ən çox narahat olan tərəf şübhəsiz ki, ABŞ-dır. Bunun ilk səbəbi bu vaxtadək ABŞ-ın kosmik fəaliyyət istiqamətlərində rəqibsiz lider olması idi. Ancaq indi Rusiya və Çinin birgə fəaliyyəti qarşıdakı illərdə bu liderliyi sarsıda bilər. 

Digər tərəfdən Rusiya və Çin kosmik sahədə ayrı-ayrılıqda ABŞ üçün ciddi təhlükə yaratmasalar da birgə əməkdaşlıq, hər iki ölkənin ortaq texnoloji imkanları bölüşməsinə imkan verəcək. Bu əməkdaşlıq təkcə kosmik sahədə yox, həm də yerdə davam edə bilər. Rusiya və Çinin kosmik tədqiqatlarla yanaşı hərbi sahədə də əməkdaşlıq etməsi gələcəkdə kosmosun hərbiləşdirilməsi ehtimalını düşündüyümüzdə ABŞ üçün ciddi təhlükə meyarına malikdir. 

Nəhayət üçüncü səbəb isə Çin və Rusiya əməkdaşlığının kosmosdan enerji mənbəyi kimi istifadə etmə potensialıdır. Son illərdə kosmik rəqabətin ciddi şəkildə güclənməsinin arxasında duran amil də məhz budur. Daha böyük enerji mənbələri əldə etmək.

ABŞ hazırda Yer-dəki enerji hövzələri üzərində nəzarəti təmin etməyi bacarır və bununla Rusiya və Çinin iqtisadi portensialını qismən də olsa təmzimləyir. Lakin gələcəkdə bui ölkələrin kosmik enerji mənbələrinə çıxış imkanı ABŞ-ı bu nəzarətdən məhrum edəcək.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO