Rusiyalı ekspertdən Azərbaycanın ZƏFƏR TƏSVİRİ

Hazırda oxunan: Rusiyalı ekspertdən Azərbaycanın ZƏFƏR TƏSVİRİ

2465

Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan ordusunun Qarabağda qazandığı qələbəsindən yazıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Telegram”  səhifəsində paylaşım edib. Jurnalist Azərbaycanın zəfər çalmağında rol oynayan amillərdən bəhs edib.
Korotçenko bunu 9 müddəaya ayırıb:

“Azərbaycan Ermənistanla Dağlıq Qarabağ uğrunda müharibəni niyə qazandı:

1. Güclü və iradəli Prezident və Ali Baş Komandan İlham Əliyev.
2. Yüksək səviyyəli təlim keçmiş, texniki cəhətdən təchiz olunmuş müasir bir ordu.
3. Azərbaycan əsgər və zabitlərində olan ruh yüksəkliyi
4. Müharibənin ədalətli mahiyyəti -işğal olunmuş ərazilərin azad edilməsi.
5. Düşünülmüş hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlığı.
6. Ordu ilə xalqın birliyi.
7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.
8. Güclü və çoxşaxəli iqtisadiyyat.
9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”,- deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO