Almaniya Ukraynanı Trampın sülh planını rədd etməyə çağırdı

Almaniya Ukraynanı Trampın sülh planını rədd etməyə çağırdı

Hazırda oxunan: Almaniya Ukraynanı Trampın sülh planını rədd etməyə çağırdı

246389

Almaniyanın müdafiə naziri vəzifəsini icra edən Pistorius deyib ki, Ukrayna ABŞ prezidentinin təklifi ilə irəli getməməlidir. O, əlavə edib ki, Kiyev bəzi ərazilərə vida deyə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.
 

"Ukrayna Trampın bu təklifini bir il əvvəl təkbaşına ala bilərdi. Bu, kapitulyasiyaya bənzəyir. Mən heç bir müsbət hal görmürəm", - Pistorius bildirib.


Bundan əvvəl Reuters ABŞ-ın Ukrayna ilə bağlı güman edilən sülh planını dərc edib.

Buraya Krımın Rusiya ərazisi kimi rəsmi tanınması və Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində ələ keçirdiyi ərazilərə faktiki nəzarətinin tanınması daxildir.

Bundan əlavə, plan Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını və Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO