Tramp: “Rusiya sülh sazişinə hazırdır, Zelenski ilə razılaşmaq isə daha çətindir” - VİDEO

Tramp: “Rusiya sülh sazişinə hazırdır, Zelenski ilə razılaşmaq isə daha çətindir” - VİDEO

Hazırda oxunan: Tramp: “Rusiya sülh sazişinə hazırdır, Zelenski ilə razılaşmaq isə daha çətindir” - VİDEO

245793

“Rusiya sülh sazişinə hazırdır, lakin Zelenski ilə razılaşmaq daha çətindir”.

Bizim.Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Oval kabinetdə keçirdiyi brifinqdə deyib.

"Düşünürəm ki, Rusiya hazırdır. Biz Moskva ilə razılığa gəldik, Zelenski ilə də razılığa gəlməliyik.

Onunla danışıqların daha asan olacağını düşünürdüm. İndi daha çətindir...

Hazırda hər iki tərəflə danışıqlar aparırıq. Ümid edirəm ki, onlar razılığa gələcəklər, çünki vəziyyəti xilas etmək istəyirəm. Bildiyiniz kimi biz çox pul xərcləmişik, lakin əsas söhbət insanların taleyindən gedir", - Tramp əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO