2 milyon il yaşı olan kəllə

Hazırda oxunan: 2 milyon il yaşı olan kəllə

2431

Cənubi Afrikada qazıntılar zamanı 2 milyon illik humanoid kəllə tapılıb. 

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Avstraliyalı tədqiqatçılar tərəfindən tapılan bu kəllənin insan təkamülünün öyrənilməsinə daha çox töhfə verəcəyi bildirilir.

Tədqiqatçılar kəllənin Paranthropus robustus növündən olan kişiyə məxsus olduğunu müəyyən ediblər. 

Paranthropus robustus müasir insanların birbaşa əcdadı olan Homo erectusa yaxın bir növdür. 

İki növün eyni dövrdə yaşadığı, lakin Paranthropus robustusun daha əvvəl məhv olduğu müəyyən olunub.

Bu kəllə sümüyü insan nəslinin ən qədim qalıqları hesab olunur.

Qeyd edək ki, bundan əvvəl ən qədim insan qalıqlarları Qafqazda tapılıb. Onun təxminən 1,8 milyon il yaşı olduğu sübut edilib. 

Təranə Mirzəyeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO