
- A-
- A
- A+
Dünya
14:06 / 28.03.2025
Özünü anasına bənzədib 2 il onun pensiyasını aldı
Hazırda oxunan: Özünü anasına bənzədib 2 il onun pensiyasını aldı
241309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyədə Şerafettin Gencel adlı şəxs anası 2003-cü ildə öldükdən sonra özünü anasına bənzədərək 2 il ərzində onun pensiyasını alıb.
Bizim.Media xəbər verir ki, hadisə ölkənin Balıkesir şəhərində baş verib.
Şerafettin anasının ölümünü hər kəsdən gizlədib və onu evin altında basdırıb.
O, anasının geyimlərini geyinərək, onun yerişini təqlid edərək 2 il ərzində anasının pensiyasını almağı bacarıb.
Hadisənin üstü 2005-ci ildə Şerafettinin bir qohumunun polisə məlumat verməsi ilə açılıb. “Fırıldaqçılıq” və “İcazəsiz dəfn etmə” maddələri ilə ittiham olunan Şetafettin 18 ay həbs cəzası alıb. O, cəzasını çəkib və hazırda həyatına davam edir.
Aygün Hüseyn, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































