KİV: Bu üç ölkə öz nüvə silahını yarada bilər

KİV: Bu üç ölkə öz nüvə silahını yarada bilər

Hazırda oxunan: KİV: Bu üç ölkə öz nüvə silahını yarada bilər

240789

ABŞ-ın Avropa və Asiyadakı bir sıra müttəfiqləri prezident Donald Trampın siyasətinə, o cümlədən Rusiya ilə münasibətlərə yanaşmasına görə öz nüvə silahlarını inkişaf etdirməyi düşünürlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
 

“Nüvə silahlarının yayılmaması ilə bağlı böyük güc konsensusu həqiqətən də məhv olur. Tramp fenomeni ABŞ-la müttəfiq olan ölkələrdə nüvə silahına sahib olmanın Amerikanın etibarsızlığı problemini əsaslı şəkildə həll edəcəyi  fikrini yaradıb”, - nəşr yazıb.


Xüsusilə Almaniya, Cənubi Koreya və Yaponiya kimi ölkələrdən söhbət gedir. Üç ölkənin hər birinin nisbətən qısa müddətdə nüvə bombası yaratmağa qadir olduğu bildirilir.

Lakin Berlin və Tokio məsələsində müzakirələr ən dar çərçivələrdə aparılır. Çünki bu ölkələr İkinci Dünya Müharibəsinin nəticələrinə görə belə silahların yaradılması halında gələcək reputasiyalarından narahatdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO