
- A-
- A
- A+
Dünya
09:28 / 18.03.2025
Sərnişin təyyarəsi dənizə düşdü: Ölənlər var - FOTO
Hazırda oxunan: Sərnişin təyyarəsi dənizə düşdü: Ölənlər var - FOTO
239867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, Lanhsa Hava Yollarına məxsus olan təyyarə Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından havaya qalxdıqdan az sonra dənizə düşüb.
İlkin məlumatlara görə, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.
Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir. Məlumata görə hadisə 33 sərnişin üçün nəzərdə tutulmuş "Jetstream 41" təyyarəsinin uçuş zamanı mexaniki nasazlıq keçirməsi nəticəsində baş verib.
Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. lent.az

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































