HƏMAS İsrailə əsir Arbel Yehudun qaytarılmasına zəmanət verib

HƏMAS İsrailə əsir Arbel Yehudun qaytarılmasına zəmanət verib

Hazırda oxunan: HƏMAS İsrailə əsir Arbel Yehudun qaytarılmasına zəmanət verib

231838

İsrail hakimiyyətinin geri qaytarılmasında israrlı olduğu əsir Arbel Yehud sağdır və Vətəninə qayıdacaq.

Bizim.Media xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında yayımlanan bəyanatda deyilir.

“İsrail Arbel Yehudun taleyi barədə heç nə bilmədiyi halda, saziş üzrə öhdəliklərini gecikdirir, baxmayaraq ki, HƏMAS onun sağ olduğunu vasitəçilərə çatdırıb və onun azadlığa buraxılacağına dair bütün lazımi zəmanətləri verib”, - məlumatda bildirilir.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, A.Yehud qaytarılana qədər icazə saziş icra olunmayacaq. Qeyd edilib ki, Yehud yanvarın 25-də azad edilməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO