Suriyada kürd terroçularına ultimatum: Silahı yerə qoyun!

Suriyada kürd terroçularına ultimatum: Silahı yerə qoyun!

Hazırda oxunan: Suriyada kürd terroçularına ultimatum: Silahı yerə qoyun!

228689

Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən terrorçu Kürdüstan Fəhlə Partiyasının yaraqlılarından qeyd-şərtsiz silahı yerə qoymağı tələb edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Mənbə qeyd edib ki, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub. 
 

Görüşdə PKK emissarları Suriyanın şimalındakı neft yataqlarını bərabər şəkildə bölməyi tələb edib.


Qəzetin köşə yazarı Əbdülkadir Selvi yazıb ki, yeni hakimiyyət terrorçuların bu sərsəm fikirlərini müzakirə etməyib, onlardan yalnız qeyd-şərtsiz silahı yerə qoymaq tələbini irəli sürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 4-də baş verənlərlə bağlı deyib ki, PKK-nın silahı yerə qoymaqdan başqa çarəsi yoxdur. Onun sözlərinə görə, ya yaraqlılar silahlarını torpağa basdıracaqlar, ya da onlarla birlikdə basdırılacaqlar, üçüncü yol yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO