
- A-
- A
- A+
Dünya
22:53 / 05.01.2025
Rusiyada sosial evdə yanğın: 2 nəfər ölüb, 6 nəfər itkin düşüb - VİDEO
Hazırda oxunan: Rusiyada sosial evdə yanğın: 2 nəfər ölüb, 6 nəfər itkin düşüb - VİDEO
228623
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiyanın Kirov vilayətində sosial evdə yanğın olub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Kilmez qəsəbəsində baş verib.
Belə ki, ani başlayan yanğın tez bir zamanda 11 təqaüdçünün yaşadığı taxta evi bürüyüb.
Məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb. Altı nəfərin taleyi isə hələlik məlum deyil. Onların yanğın zamanı binada olub-olmaması bəlli deyil.
Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir. Sosial evdə yaşayan digər şəxslər təxliyə edilib.
Yanğının səbəbi hələlik məlum deyil.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































