Məhkum vaxtından əvvəl edam edilməsini istədi

Məhkum vaxtından əvvəl edam edilməsini istədi

Hazırda oxunan: Məhkum vaxtından əvvəl edam edilməsini istədi

228536

Ölüm cəzasına məhkum edilmiş amerikalı Aaron Brayan Gançes Arizona Ali Məhkəməsindən onun edamını planlaşdırılan vaxtdan tez təyin etməyi xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “mk.ru” saytı yazıb.

Mənbə qeyd edir ki, Gançes 2002-ci ildə sevgilisinin keçmiş ərini öldürməkdə təqsirli bilinib.

O, 2023-cü ilin aprelində edam oluna bilərdi, lakin ölüm hökmlərini icra etmək üçün kifayət qədər heyət olmayıb.

Ölkədə inyeksiya dərmanlarının əldə edilməsində də çətinliklər yaşanır.

Məhkum iddia edir ki, onun barəsində edam qərarı “çoxdan gecikib” və edam məhkumun ailəsinə “bu məsələyə son qoymağa” imkan verəcək.

Gançes 2025-ci ilin fevralında edam edilməsini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO