“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasına cəmi üç həftə qalmış Co Baydenin administrasiyası Ukraynanı mümkün qədər çox silahla təmin etməyə tələsir. Bayden narahatdır ki, Tramp ABŞ-ın Ukraynaya yardımını azaldacaq və ya dayandıracaq”.
Bizim.Media xəbər verir ki, bu fikirlər “The Telegraph” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr yazıb ki, Ukrayna hökuməti ABŞ-ın gözlənilməz addımları nəticəsində yarana biləcək silah çatışmazlığı fonunda öz silahlarını istehsal etməyə tələsir:
“Ukraynanın yeni “Trembita” qanadlı raketi bu cür silahlardan biridir. Bu raketlər ATACMS-ları əvəz edə bilər. 2023-cü ildən istehsal edilən “Trembita”lar 10 min dollara başa gəlir. Bu raketlər 40 kiloluq döyüş başlığı ilə cəmi 90 mil məsafəni qət edir”.
“The Telegraph” iddiasına görə, hazırda Ukrayna Moskvanı vura biləcək raketlərin hazırlanması üzərində işləyir. Həmin raketlərin 1 il ərazində hazır olacağı bildirilir:
“Bu vacibdir. Rusiyanın Ukrayna şəhərlərini, bazalarını, elektrik stansiyalarını və fabriklərini - minlərlə ukraynalının ölümünə və ya yaralanmasına səbəb olan kütləvi bombardmanı ilə ayaqlaşmaq üçün Ukrayna Rusiya şəhərlərini, bazalarını, neftayırma zavodlarını və fabriklərini öz silahları ilə hədəf almaq təcrübəsini genişləndirməlidir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:30 / 03.01.2025
“The Telegraph”dan SENSASİON İDDİA: “Ukrayna Moskvanı öz raketləri ilə vura bilər”
Hazırda oxunan: “The Telegraph”dan SENSASİON İDDİA: “Ukrayna Moskvanı öz raketləri ilə vura bilər”
Hazırda oxunan: “The Telegraph”dan SENSASİON İDDİA: “Ukrayna Moskvanı öz raketləri ilə vura bilər”
228308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.